Xəbərlər
Dərc edilib:24.01.2020 17:38
Baxışlar:147

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astarada vətəndaşları qəbul edib

      24 yanvar 2020-ci il tarixində Astara şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara rayonundan olan vətəndaşları qəbul edib.

     Qəbulda olan vətəndaşlar işlə təminat, idman avadanlıqlarının və fəxri adların verilməsi ilə müraciətlər ediblər.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş,bir qismi baxılması üçün icraya yönəldilmiş, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmişdir.

      Vətəndaşların qəbulu başa çatdıqdan sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Gənclər Evində olaraq müəssisənin fəaliyyətinə baxış keçirmiş, problem və çətinliklərlə maraqlanmış və burada yerləşən Bayraq Muzeyinin eksponatları ilə tanış olub.

     Yekunda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Olimpiya İdman Kompleksində olmuş və idman müəssisəsinin fəaliyyəti ilə tanış olub.