Xəbərlər
Dərc edilib:14.02.2020 12:15
Baxışlar:245

Azad Rəhimov vətəndaşlarla görüşdü

14 fevral 2020-ci il tarixdə Gənclər və İdman  naziri  Azad  Rəhimov   Abşeron rayonunda 20-ə yaxın  vətəndaşı  qəbul  edib. 

Nazirə edilən müraciətlər sırasında “Gənclər evi”nin tikintisi, idman qurğularının avandanlıqla təmin olunması,  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, işlə təminat olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilib. Nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlər isə qeydə alınıb və  aidiyyətı   üzrə göndəriləcək.   Digər müraciətlər isə   baxılması  üçün  icraya  yönəldilib.