Xəbərlər
Dərc edilib:21.02.2020 10:32
Baxışlar:95

Pauerliftinqçimiz QIZIL medal qazandı!

Böyük Britaniyanın Mançester şəhərində pauerliftinq idman növü üzrə keçirilən Dünya kubokunda 49 kq çəki dərəcəsində iştirak edən Pərvin Məmmədov 146 kq nəticə göstərək qızıl medal qazanıb!

Bu qələbə idmançımızın Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmasına şanslarını artırdı.

Sabah digər idmançımız, Şamo Aslanovun çıxışı gözlənilir.

İdmançımıza uğurlar arzulayırıq!