Xəbərlər
Dərc edilib:21.02.2020 16:10
Baxışlar:101

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Ümumi yığıncağı keçirilmişdir

21 fevral 2020-ci il tarixində Milli Olimpiya Komitəsinin binasında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Ümumi yığıncağı keçirilmiş  və aşağıdakı məsələlər müzakirə edilmişdir:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nizamnaməsində dəyişikliklərin təsdiq olunması

Təşkilatı məsələlər:

Gündəlikdə olan birinci məsələ ilə əlaqədar Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov çıxış edərək 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar ARMPK-sı tərəfindən görülən işlər haqqında geniş məlumat vermişdir.

Milli Paralimpiya Komitəsinin Nizamnaməsində əlavə və dəyişikliklər edilməsi barədə, MPK-nın maliyyə-təssərüfat şöbəsinin müdiri Afər Məhərrəmov məlumat verərək bildirmişdir ki, Nizamnamədə Beynəlxalq Paralimpiya Komitəsinin tələbləri nəzərə alınaraq dəyişiklik və əlavələr edilmişdir. Müzakirələrin yekunu olaraq MPK-nin Nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur.

Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır. MPK-nin üzvlərinin səsverməsi nəticəsində MPK-nin birinci vitse-prezidenti Natiq Qasımov vəzifədən azad edilmiş, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə, MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilmişdir.

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin

İcraiyyə Komitəsinin üzvləri

 

  1. Rəhimov  İlqar Elxan oğlu - ARMPK-nin  prezidenti, İcraiyyə komitəsinin sədri
  2. Zəkiyev İlham Əizağa oğlu - ARMPK-nin vitse prezidenti
  3. Hacıyev Yaşar Fərəc oğlu - ARMPK-nin vitse prezidenti Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru          
  4. Məmmədov Kamal Cabir oğlu         - ARMPK-nin baş katibi            
  5. Sultanova Afaq Vaqif qızı - Cüdo üzrə Paralimpiya çempionu
  6. Kərimova Vüsalə Akif qızı- Əlil İdmançılara dəstək” İB-nin baş katibi, Əlil arabasında idman rəqsi, idmançı
  7. Sadıxov  Sadıx Asəf  oğlu -“Neftçi”İC icraçı direktoru                      
  8. Məmmədov  Aydın Ağa əli oğlu       - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri
  9. Abdullayev Səmyar Abdulla oğlu - Gözdən Əlillər Cəmiyyətinin prezidenti,
  10. Kərimov Mehman Bayram oğlu       - Milli Olimpiya Komitəsinin şöbə müdiri
  11.  Abbasova Səlhət Manaf qızı - Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi