Xəbərlər
Dərc edilib:12.03.2020 14:45
Baxışlar:425

Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşəcək

Gənclər və İdman naziri Azad Rəhimov martın 13-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şirvan, Hacıqabul şəhər və  rayonundan olan vətəndaşlar iştirak edəcəklər.

Qəbul saat 11:00-da Gənclər evində  (Şirvan şəhəri,  Naxçıvan küçəsi 1 b) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman  idarəsi ilə əlaqə saxlamalıdırlar.

             

             Şirvan         055 333 40 04

          

           Hacıqabul    055 257 47 90