Xəbərlər
Dərc edilib:13.03.2020 16:32
Baxışlar:537

Azad Rəhimov vətəndaşlarla görüşdü

13 mart 2020-ci il tarixdə Gənclər və İdman  naziri  Azad  Rəhimov  Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonundan olan vətəndaşları  qəbul  edib. Qəbulda  12-dən çox vətəndaş iştirak edib.

Vətəndaşlar  “Gənclər evi”nin tikintisi, idman obyektlərinə  idman avadanlıqlarının verilməsi,   iş ilə təmin olunma,  2 nəfər  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, müxtəlif idman qurğularının tikintisi  ilə bağlı  müraciət  ediblər.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti  üzrə göndəriləcəyi bildirilib. Bir  qismi  isə  baxılması  üçün  icraya  yönəldilib.