Xəbərlər
Dərc edilib:13.03.2020 16:30
Baxışlar:334

Nazir müavini vətəndaşları dinlədi

13 mart 2020-ci il tarixdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Sabirabad rayonunda Sabirabad və Saatlı  rayonlarından  olan vətəndaşları  qəbul  edib. 

      Vətəndaşlar   müxtəlif idman qurğularının tikintisi və təmiri, fəxri adların və məşqçilik dərəcəsinin verilməsi, idman qurğularının idman avadanlıqları ilə təmin olunması üçün müraciət ediblər.