
Xəbərlər
Dərc edilib:22.05.2020 17:00
Baxışlar:294
28 May – Respublika günü”nə həsr olunmuş onlayn musiqi müsabiqəsi keçirildi
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May – Respublika günü”nə həsr olunmuş onlayn musiqi müsabiqəsi keçirildi.
Müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda musiqi ifa edərkən çəkilmiş videoları 19-21 may 2020-ci il tarixlərdə elanda qeyd edilmiş Whatsapp nömrəsinə göndəriblər. Müsabiqədə ümumilikdə 32 nəfər iştirak edib.
Müsabiqənin yekununda Ağcabədi rayon Ü. Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin müəlliməsi Abışzadə Tünzalə Vaqif qızı 1-ci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Qəribov Röyal Qərib oğlu 2-ci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəlliməsi Niyazova Pərvin Əlinağı qızı isə 3-cü yerə laiq görüldülər.