Xəbərlər
Dərc edilib:22.05.2020 17:08
Baxışlar:40

Azərbaycan – doğma Vətənim

20-21 may tarixlərdə Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May “Respublika günü”nə həsr olunmuş “Azərbaycan – doğma Vətənim” adlı breyn-rinq üzrə gənclər arasında online rayon çempionatı keçirilib. Whatsapp mobil tətbiqi vastəsilə təşkil olunan intellektual turnirdə 50-ə yaxın gənc iştirak edib. Oyun ərzində iştirakçılar fərdi olaraq Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, idmanı və s. sahələr üzrə biliklərini yoxlayıblar.  2 gün davam edən online rayon çempionatının nəticəsinə görə Allahverdiyev İsmət I, Qurbanov Rəcəb II, Əlifov Mirkamil III olub. Qaliblər xüsusi karantin rejiminin başa çatdıqdan sonra mükafatlandırılacaqdır.

Yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4. yarımbəndinin icrasının təmin edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, intellektual oyunların gənclər arasında təbliği, gənclərin dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.