Xəbərlər
Dərc edilib:22.05.2020 17:20
Baxışlar:398

Azərbaycan- yurdum mənim

22 may 2020-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi və  Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların  istedadlarının , yaradıcılıq potensiallarının üzə çıxarılması  məqsədi ilə 28 May Respublika Gününə həsr edilmiş Azərbaycan- yurdum mənim”  adlı online şeir müsabiqəsi keçirildi. Videoçarx formatında təqdim olunan şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirildi. Münsiflər  heyətinin  qərarına  əsasən    III yeri  Əsədova Aysu (şəhər 7 saylı məktəb-lisey),  II  yeri  Sadıqov Fərid  ( şəhər 2 saylı tam  orta  məktəb), I  yeri  isə  İsgəndərli Aytac  (şəhər 4 saylı tam orta  məktəb)  qazandı.   Mirsalahov Mirdavud  (şəhər 7 saylı məktəb-lisey),  Məmmədzadə Mətanət (şəhər 6 saylı tam  orta  məktəb),   Rüstəmli Gülçin (şəhər 8 saylı tam orta məktəb)  müsabiqənin  fərqlənmiş  iştirakçıları  seçildilər. 28 May Respublika Gününə həsr edilmiş Azərbaycan yurdum mənim”  adlı online şeir müsabiqəsinin  qalib  və  fərqlənmiş  iştirakçıları ilə yaşadıqları ünvanda görüş keçirildi . Görüş zamanı Salyan  rayon  Gənclər və  İdman  İdarəsinin rəisi Araz Hüseynov qalibləri və fərqlənmiş  iştirakçıları   Salyan  rayon  Gənclər və  İdman  İdarəsinin  diplomları  ilə  təltif   etdi.