Xəbərlər
Dərc edilib:02.06.2020 13:17
Baxışlar:146

Onlayn musiqi müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib

    02 iyun 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilimiş  “28 May – Respublika Günü”nə həsr olunmuş onlayn musiqi müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib. Onlayn musiqi müsabiqəsində  Ağcabədi rayon Ü. Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin müəlliməsi Abışzadə Tünzalə Vaqif qızı 1-ci yerə, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Qəribov Röyal Qərib oğlu 2-ci yerə, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəlliməsi Niyazova Pərvin Əlinağı qızı isə 3-cü yerə layiq görülüblər.