Xəbərlər
Dərc edilib:15.09.2020 16:00
Baxışlar:88

Binəqədi rayonunda könüllülər arasında “Futbol” birinciliyi keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə 15 sentyabr 2020-ci il tarixində könüllülər arasında “Futbol” birinciliyi   keçirilib.

“Futbol” birinciliyinin nəticəsinə əsasən 1-ci yeri “Şahin”, 2-ci yeri “Red Devils”, 3-cü yeri  isə “YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyi” komandası tutub.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi(İdman sahəsi) Rafiq Nəsirov, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, baş katib Əkbər Mikayılov iştirak ediblər.