Xəbərlər
Dərc edilib:26.10.2021 09:15
Baxışlar:86

Veteran cüdoçularımız dünya çempionatından 8 medalla dönüblər

Veteran cüdoçularımız Portuqaliyanın paytaxtı Lissabonda keçirilən dünya çempionatından Vətənə uğurla dönüblər. 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı yarışda komandamız 1 qızıl, 2 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıb. Təmsilçilərimizdən Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq), Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq), Azər Əsgərov (M-5, +100 kq), Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medal qazanıblar.