Xəbərlər
Dərc edilib:13.05.2022 12:40
Baxışlar:373

Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün növbəti təkmilləşdirmə təlimi keçirilib

Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün növbəti təkmilləşdirmə təlimi keçirilib.

Peşəkar təlimçi Təyyar Mustafayev interaktiv formatda "Qurumdaxili münasibətlər və məsuliyyət" mövzusu üzrə praktiki məlumatlar paylaşıb.

Həm gənclər, həm də idman istiqaməti üzrə 30 əməkdaşın qatıldığı layihənin əsas məqsədi daxili təlimçilərin yetişdirilməsi, eləcə də regional keyfiyyət nəzarətçisi və dəstəkçisi kimi formalaşmasını həyata keçirməkdir.