Xəbərlər
Dərc edilib:24.11.2022 15:52
Baxışlar:54

Qubada Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihəsi çərçivəsində Quba rayonunda Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Yarışda ADPU Quba filialının müxtəlif ixxtisaslarında təhsil alan tələbə və gənclərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda “Big Bang” komandası birinci, “Sirius” komandası ikinci, “Difai” biliciləri isə üçüncü yeri tutub.