Xəbərlər
Dərc edilib:24.01.2023 13:58
Baxışlar:219

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Respublika dərəcəli hakim Sarı Məhəmməd oğlu Əhmədov vəfat edib.

Sarı Əhmədov 1958-1963-cü illərdə sərbəst güləş üzrə 6 qat Azərbaycan çempionu olub. O, 1958-ci ildə Tibilisidə  tələbələr arasında keçirilmiş SSRİ çempionatında gümüş medal qazanmışdı.

Gənclər və İdman Nazirliyinin kollektivi Sarı Əhmədovun vəfatından kədərləndiyini bilidirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.