
Bakı və regionlarda yerləşən Gənclər evlərində debat klubları yaradılır
Əziz gənc, sənə doğru gəlirik!
Gənclər evinin debat klubuna qoşul, inkişaf et və fərqlən!
Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin əməkdaşlığı ilə Bakı və regionlarda yerləşən Gənclər evlərində debat klubları yaradılır.
Gənclər evlərində yaradılacaq debat klubların fəaliyyəti çərçivəsində təlimlər, görüşlər, simulyasiyalar, panel müzakirələri, yay-qış məktəbləri, turnirlər, forumlar və bir-birindən maraqlı layihələr həyata keçiriləcək.
İlkin olaraq aprel-may aylarında layihənin təqdimatları, təlimləri və fərqli fəaliyyətlərin təşkil olunması nəzərdə tutulub.
Sən də debat ailəsinə qoşulmaq, fərqli və maraqlı bir mühitdə inkişat etmək istəyirsənsə, indi müraciət et!
🔗 Qoşulmaq üçün: https://forms.gle/epiGdTZXWuLBqKCZA