Xəbərlər
Dərc edilib:27.03.2023 13:45
Baxışlar:79

Azərbaycan Milli Abilimpiya Komandası Vətənə qayıdıb

Fransanın Mets şəhərində keçirilən X Abilimpiya Çempionatında ölkəmizi təmsil etmiş Azərbaycan Milli Abilimpiya Komandası Vətənə qayıdıb.

Abilimpiyaçıları Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və abilimpiyaçıların ailə üzvləri qarşılayıblar.