Xəbərlər
Dərc edilib:27.03.2023 16:06
Baxışlar:91

Azərbaycan Texniki Universitetinin BMT Modeli klubu fəaliyyətə başlayıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən "AzMUN” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinin BMT Modeli klubu fəaliyyətə başlayıb. Klub tərəfindən BMT orqanlarının simulyasiyalarını həyata keçiriləcək, eyni zamanda tələbələr həm müxtəlif ölkələri, həm də beynəlxalq təşkilatları təmsil edərək müxtəlif mövzularda debatlar və müzakirələr aparacaqlar. 

Maraqlı və interaktiv simulyasiya konfransları və layihələrdə hər birinizi gözləyirik!