Xəbərlər
Dərc edilib:22.05.2023 18:10
Baxışlar:806

"Gənclərin İnformasiya Strategiyasının inkişafı" seminarı keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə “Salto EECA və Eurodesk” Polşa nümayəndəliyinin dəstəyi ilə "Gənclərin İnformasiya Strategiyasının inkişafı" seminarı keçirilib.

Şərq tərəfdaşlığı proqramına daxil olan 4 ölkənin iştirakı ilə baş tutan seminarda gənclərin sosial, iqtisadi, karyera, sağlamlıq, fərdi inkişaf və digər istiqamətlərdə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə fəaliyyət göstərən “Eryica və Eurodesk” platformaları, onların fəaliyyət mexanizmləri haqqında ətraflı məlumat verilib və ən yaxşı təcrübələr paylaşılıb. Tədbirdə ölkəmizi Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatlatı Milli Şurasının, Erasmus+ və Avropa Həmrəylik Korpusunun Azərbaycandakı Məlumat Mərkəzinin nümayəndələri təmsil ediblər.