Xəbərlər
Dərc edilib:02.06.2023 14:47
Baxışlar:155

"Şən startlar" əyləncəli idman təşkil edib

Gənclər və İdman Nazirliyi 1 İyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə "Şən startlar" əyləncəli idman təşkil edib. Bakının “Qış parkı”nda keçirilən tədbirdə 11 rayon üzrə 7 yaşlı məktəblilər iştirak ediblər. Yarışda "Birincilər" (Binəqədi rayonu), "Gənclik" (Nərimanov rayonu), "Zəfər” (Nəsimi rayonu), "Nizami" (Nizami rayonu), "Qobustan" (Qaradağ rayonu), "Ulduzlar" (Sabunçu rayonu), "İçərişəhər" (Səbail rayonu), "Hövsan" (Suraxanı rayonu), "Cəsurlar" (Xətai rayonu), "Xəzri" (Xəzər rayonu), "Sülh quşu" (Yasamal rayonu) komandaları mübarizə aparıblar. 

Xüsusi avadanlıqların quraşdırıldığı ərazidə oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları formatında keçirilib. Uşaqlar uzunluğa tullanma, nizə atma, halqaları keçərək sona çatmaq, maneələri dəfetmə və kornhol yarışlarında öz güclərini sınayıblar.

Tədbirin su təminatını öz üzərinə götürən Veysəloğlu Şirkətlər Qrupuna, “OBA" marketlər şəbəkəsinə və "Saf bulaq" su markasına xüsusi təşəkkür edirik.