Fərid Fazil oğlu Qayıbov

Fərid Qayıbov - nazir

 

1979-cu ilin aprelin 24-də Bakıda anadan olub. 1995-сi ildə Bakı şəhəri 1 saylı orta məktəbini bitirib. 

 

1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini bitirib.

 

2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

 

2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub.

 

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsində işləyib. 2001-2003-cü illərdə “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.

 

2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri, 2005-2006-cı illərdə isə federasiyanın baş meneceri vəzifəsində çalışıb. 2006-cı və 2010-cu illərdə AGF-nin hesabat-seçki konfransında federasiyanın baş katibi vəzifəsinə seçilib.

 

2013-cü ildə Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti, 2017-ci ildə isə prezidenti vəzifəsinə seçilib. Qitə təşkilatının prezidenti seçilməsi ilə əlaqədar, AGF-nin Baş katibi vəzifəsindən istefa verib.

 

2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Şura üzvü seçilib.

 

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

 

Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

 

Ailəlidir, iki oğlu və bir qızı var.

 

Fərid Fazil oğlu Qayıbov

Nazir

012-465-64-42