Asif Yusif oğlu Quliyev

Təhsil

1988 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - bədən tərbiyəsi və idman müəllimi
2002- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası- dövlət və bələdiyyə idarəetməsi

Əmək fəaliyyətinə 14.11.1985-ci il tarixdən "Məhsul" İdman cəmiyyətində məşqçi-müəllim  kimi başlamışdır. 01.06.1995-01.02.1997 illərdə AR Gənclər və İdman Nazirliyi, Yasamal rayon Gənclər və İdman İdarəsində İdarə rəisinin müavini, 01.02.1997-27.10.2006 –cı illərdə idarə rəisi vəzifəsində işləmişdir.
27.10.2006-cı il tarixdən Gənclər və İdman Nazirliyi Regionlarla iş və kadrlar şöbəsinin müdiri vəzifəsini icra edir.

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2009-cu il tarixli 183 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 mart 2015-ci il tarixli 1079 nömrəli Sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilmişdir.

Asif Yusif oğlu Quliyev

Şöbə müdiri

Dövlət qulluğunun müşaviri

012-465-61-10