Qabil Sabir oğlu Mehdiyev

Qabil Sabir oğlu Mehdiyev 1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.


1984-1994-cü ildə C.Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbində təhsil alıb.

1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna (Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanır) daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.

2012-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bakalavr, 2014-cü ildə isə magistr səviyyəsi üzrə bitirib.

 

2013-cü ildə Yunanıstanda, Beynəlxalq Olimpiya Akademiyasında təhsil alıb.

1998-ci ildən 2000-ci ilədək «Super Sport» qəzetində müxbir və şöbə müdiri vəzifələrində çalışıb.

24 mart 2000-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin «İdman» qəzetinin baş redaktorudur.


2005-2006-cı illərdə hərbi xidmətlə əlaqədar olaraq, Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində hərbi müxbir vəzifəsində xidmət keçib. Hazırda baş leytenant hərbi rütbəsi ilə ehtiyatda olan zabitdir.

Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS), Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli 658 nömrəli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 13 iyun 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidentidir.

Ailəlidir. Bir qızı və bir oğlu var.

Qabil Sabir oğlu Mehdiyev

Mətbuat katibi

Baş məsləhətçi

012 465 62 76