Namiq Samur oğlu Novruzov

Təhsil

1995-96-cı illərdə ABŞ-ın “Centralia Community College” nin siyasi elmlər fakultəsində təhsil alıb.

1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil almış, 1999-cu ildə İngiltərənin Liverpool John Murs Universitetinə qəbul olmuşdur.

2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakultəsini bitirmişdir.

2007-ci il - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Hüquqşünas

2012- Rusiya Prezidenti yaninda dövlət qulluğu və Rusiya Xalq Təsərrüfatı Akademiyası - Menecment

Əmək fəaliyyətinə 27.01.1999-cu ildə “BM” Hüquq Firmasinda Hüquqşünasin köməkçisi kimi başlamış, 03.05.2005-21.10.2006-ci illərdə "BM International MMC" –də vitse-prezident vəzifəsində çalışmışdır. 

Müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur.

09.04.2012-15.11.2013-cü tarixlərdə Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 15.11.2013-cü ildən nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin oktyabr ayında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 

Namiq Samur oğlu Novruzov

Şöbə müdiri

012-465-65-14