Rəna İmamqulu qızı Əliyeva

Əliyeva Rəna İmamqulu qızı 09.03.1972-ci il tarixdə Bakı şəhərində anadan olub.

1996-cı ildə Bakı Dövlət Universitetinin Tarix Fakultəsini bitirib.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

1989 – 1995–ci illərdə Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində işləyib.

1996-cı ildə Gənclər Təşkilatları Milli Şurasında Sədrin köməkçisi vəzifəsində işləyib.

1997-ci ildən Gənclər və İdman Nazirliyində aparıcı təlimatçı, baş təlimatçı, bölmə müdiri vəzifələrini icra edib.

Hal – hazırda Kollegiyanın məsul katibi vəzifəsini icra edir.

Həmçinin:

  • Nazirliyin Apelyasiya Şurasında məsub katib vəzifəsini icra edir.
  • Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqələndirici, gender məsələləri üzrə məsul şəxsdir.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir oğlu və bir qızı var.

Rəna İmamqulu qızı Əliyeva

Baş məsləhətçi-kollegiyanın məsul katibi

Dövlət qulluğunun kiçik müşaviri

012-465-31-25