Kateqoriya: Elm və Təhsil
Növ: Təhsil
Əlaqəli şəxs: Hacıyev Fuad Hacı oğlu
Vəzifə: Rektor
E-mail: info@sport.edu.az
İndeks: AZ1072
Şəhər: Bakı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

 

1930- cu ildə M.Maqomayev  adına Azərbaycan Dövlət Filarmoniyasının  indiki binasında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqafqaziya Dövlət  Cismani Mədəniyyət  İnstitutu yaradıldı. Tədris üç dildə -  Azərbaycan, rus və gürcü dillərində aparılırdı. Görkəmli alim və maarif xadimləri A. M. Şuşinski, A. Qəniyev, S. Qasımov, E. Rəhimov, S. Hacıyev, N.Anserov, İ.Kravçuk, İ.Soldatov, O. Retelski, A.Şmidt, A.Semyanisti, İ.Merkuris, A. Kyurdyukov, Z. Georqadze, Ə.Nuriyev, A.Şepelev və başqaları institutun ilk müəllimləri olmuşlar.1932-ci ildən 3 illik təhsil müddəti 4 il ilə əvəz olundu. 1933-cü ildə 39  (6 qız, 33 oğlan) nəfərdən ibarət ilk buraxılış olmuşdur. 1933-34-cü tədris ilində institutun Azərbaycan şöbəsi yaradıldı. Həmin ildə institutda 265 nəfər təhsil alırdı.
    1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 
      İkinci Dünya müharibəsinin ilk çağlarında Bədən Tərbiyəsi İnstitutunda təhsil alan tələbələrin sayının kəskin surətdə azalması ilə əla-qədar olaraq  Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Müharibə dövründə institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yola düşdü. 
1943-cü ildə respublikamızın idman həyatında böyük dönüş yarandı. İdman işlərində canlan-ma başlansa da, kadr hazırlığına olan ehtiyac lazımi səviyyədə təmin edilmirdi. Məhz buna görə 20 iyul 1943-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu bərpa  edildi. 1933--1945-ci illər ərzində institutu 422 məzun bitirmişdir. 1945-ci ilin yayında keçirilən ümumittifaq bədən tərbiyəsi paradı ölkənin idman həyatında mühüm hadisə oldu. 
1946-ci ildə  institut S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı. 1946-1950-ci illərdə institutun rek-toru vəzifəsində tibb elmlər namizədi, dosent Səlim Qəni oğlu Əliyev çalışmışdur.
50-úè èëëÿðäÿí áàøëàéàðàã áÿäÿí òÿðáèéÿñè âÿ èäìàí êàäðëàðûíûí ùàçûðëûüûíäà éåíè áèð ìÿðùÿëÿ áàøëàíäû. Àçÿðáàéúàí èäìàí÷ûëàðûíûí óüóðëàðû èëáÿèë àðòäû. Ãàçàíûëìûø áó óüóðëàðäà ÀzÄÁÒÈ-íèí ìÿçóíëàðû-íûí áþéöê ÿìÿéè âàðäû. İdmançılarımız SSRİ çempionatlarında uğurla çıxış etdilər. Atlet Xandadaş Mədətov ilk dəfə uzununa tullanmaqda SSRİ rekordunu təzələdi. Güləşçilər və boksçular ümumittifaq və beynəlxalq yarışlarda nailiyyətlər qazandılar. 1952-ci ildə SSRİ-nin iştirak etdiyi ilk XV Olimpiya oyunlarında sərbəst güləşçi Rəşid Məmmədbəyov ölkəmizə ilk gümüş medalı gətirdi. 
Əgər 1951-ci il yanvarın 1-dək institutda 155 nəfər qadın bədən tərbiyəçisi var idisə, 1961 ildə onların sayı 329-a çatmışdır. 1946-52-ci  illərdə AzDBTİ-ni 219 nəfər qız bitirmişdir. SSRİ respublikaları arasında ilk dəfə olaraq Azərbaycan qadınlarının I Spartakiadası keçirilmişdir. Bu tədbir qadın idmanının inkişafı yolunda atılmış böyük addım idi.  İnstitutda 27 qadın SSRİ idman ustası, 8 nəfər Əməkdar məşqçi fəxri adına layiq görülmüş, 11 qadın Ümumittifaq və respublika dərəcəli hakim adını almış, 27 nəfər fəal qadın «Bədən tərbiyəsi əlaçısı» nişanı ilə təltif edilmişdir.  Bunlar institutun məzun idmançı qadınları  Zeynəb Rzayeva, Sara Əliyeva, Əminə Nurulla qızı, Sima Dəmirova, Ülkər Qasımova və başqalarıdır. 
1950-1972-ci illdərdə instituta dosent Ənvər Əbdülcabbar oğlu Babayev rəhbərlik etmişdir.
1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər seçildiyi ildən institut üçün yeni binanın tikintisinə başlanmış və 1972-ci ildə onun açılışı olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı nəticəsində 1972-ci ildə institut yeni binaya köçdükdən sonra əyani şöbəyə 350, qiyabi şöbəyə isə 100 nəfər tələbə qəbul edildi. Kafedraların sayı isə 20-yə çatdı. 
1972-ci ildən 1974-cü ilə kimi èíñòèòóòà “Aíà-òîìèéà âÿ áèîìåõàíèêà” êàôåäðàñûíûí äîñåíòè Âëàäèìèð Âàñèëéåâè÷ Àíàíéåâ  ðÿùáÿðëèê åòìèø-äèð.  Î, ÑÑÐÈ Èäìàí Êîìèòÿñè òÿðÿôèíäÿí Ôÿõðè fÿðìàíëà ìöêàôàòëàíäûðûëìûøäûð. 
Àçÿðáàéúàí Dövlət Áÿäÿí Òÿðáèéÿñè Èíñòèòó-òóíà 1974-cö èëäÿí Ðàôèã Abdul oğlu Ðÿúÿáîâ ðåêòîð òÿéèí åäèëäè. Èíñòèòóòóí èíêèøàôûíäà, ìàääè-òåõíèêè áàçàñûíûí ìþùêÿìëÿíäèðèëìÿñèíäÿ, ìöÿëëèì âÿ òÿëÿáÿëÿðèí ìöõòÿëèô èäìàí éàðûøëàðûíäà óüóð ãàçàíìàñûíäà îíóí áþéöê õèäìÿòëÿðè îëìóøäóð. Ð.A.Ðÿúÿáîâ áó âÿçèôÿäÿ 1980-úè èëÿ ãÿäÿð ÷àëûøìûøäûð.
70-úè èëëÿðèí èêèíúè éàðûñû âÿ 80-úè èëëÿðäÿ éöêñÿê èõòèñàñëû êàäð ùàçûðëûüû äàâàì åòìèø, ðåñïóáëèêàíûí öìóìòÿùñèë âÿ èäìàí ìÿêòÿáëÿðè ö÷öí 5836 èäìàí ìöÿëëèìè âÿ ìÿøã÷è ùàçûðëàíìûøäûð.
1976-cı ildə qələbələrin estafeti Monrealda - Olimpiya oyunlarında davam etdirildi. Həndbolçular R.Şabanova və L.Şubina birdən-birə res-publikaya iki qızıl medal gətirdilər. İnstitutun məzunu məşhur voleybolçu İ.Rıskal isə Olimpi-ya oyunlarından gümüş medalla qayıtdı. 
İnstitutun idmançıları 1977-ci ildə Lvovda qadınlar arasında güllə atıcılığı üzrə SSRİ çempionatında əla çıxış etdilər. L.Yemelyanova kiçik çaplı tüfəngdən 50 metr məsafədəki hədəfə atəş açmaqda 587 xal toplayaraq (bu nəticə dünya rekordundan cəmi 2 xal geri qalır) SSRİ çempionatının qızıl medalını qazanmışdır. 
İnstitutun nümayəndələri Universiada-77-də uğurla çıxış etmişlər. Tennisçilərdən Y. Bir-yukova qarışıq qoşa görüşlərdə yüksək nailiyyətlər əldə etmişdir. 1980-cı ildə Moskvada keçirilən XXII yay Olimpiya oyunlarında isə Larisa Savkina  çempion olmuşdur.  
1980-1982-ci illərdə AzDBTİ-nin 17 nümayəndəsi müxtəlif ümumittifaq yarışların çempionu və mükafatçısı olmuşdur. 1980-ci ildə institutda 260 idman ustası (o cümlədən 95-i  qadın) var idi.
1980-1987-cè èëëÿðäÿ Àçÿðáàéúàí Dövlət Áÿäÿí Òÿðáèéÿñè Èíñòèòóòóíäà òÿäðèñèí éöêñÿê ñÿâèééÿäÿ òÿøêèëèíäÿ, èõòèñàñëû áÿäÿí òÿðáèéÿñè âÿ èäìàí êàäðëàðûíûí ùàçûðëûüûíäà ðåêòîð Ñàìóð Íîâðóçîâóí ìöùöì õèäìÿòëÿðè îëìóøäóð. 
“Dostluq-84” yarışlarının idarə olunmasına institutun məzunlarından  A.Əzimov, Y.Qasımov, İ.Həsənov (atletika), H.Cəfərov, Z.Tkaç (stent atıcılığı), V.Muxin, T.Rıbalko (basketbol), H.Əliyev,T.Rəhimov (avarçəkmə), V.Nə-sibov (üzgüçülük) və başqaları dəvət olunmuşlar. Digər məzunlarımızdan T.Kurnikova (üzgücülük), A.Əsgərova (həndbol) və b. Həmin yarışlarda qızıl medala layiq görülmüşlər. 
1987-cè èëäÿí ÀzÄÁÒÈ-éÿ ïðîôåññîð, Əìÿêäàð åëì õàäèìè Àüàcàí Qulam oğlu Aáèéåâ ðÿùáÿðëèê åäèð.
1988-ci ildə institutdan S.M.Kirovun adı götürüldü və bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı.
1952-ci ildən 88-ci ilin sonuna qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbə və məzunları SSRİ yığma komandasının tərkibində Yay Olimpiya oyunlarında iştirak etmiş 43 idmançıdan  24-ü medal- 10 qızıl, 11 gümüş və 6 bürünc qazanmışdır. 
İnstitutun professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın ak-tual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzə-rində çalışır. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm olaraq elmi-metodiki köməklik göstərirlər. Akademiyanın müəllimləri 1990-cı ilə kimi 3 mindən artıq dərslik, monoqrafiya, elmi-metodik vəsait və məqalələrin müəllifidirlər. Onlar beynəlxalq və ümumittifaq konfranslarda, simpozium və konqreslərdə fəal iştirak edirlər. 
1999-cu ildən institut Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. Hazırda akademiyada 3500-dən artıq tələbə təhsil alır (onlardan 280 nəfəri qızdır), 244 pro-fessor-müəllim (15 professor,  48 dosent, 22 elmlər namizədi, 159 nəfər baş müəllim və müəllim) idmançı-tələbələrin təlim-tərbiyəsi ilə məşğul olur.
Azərbaycanda təhsilin inkişafında bu ali təhsil ocağının xid-mətləri böyükdür. Belə ki, akademiya yarandığı 80-il ərzində təkcə idmançı hazırlamaqla kifayətlənməmiş, eyni zamanada  bu təhsil ocağı böyük elmi-pedaqoji mərkəzə çevirilməyi bacarmışdır. 80 il ərzində bu qocaman ali məktəb 17 min nəfərdən artıq mütəxəssis hazırlamışdır. 
Akademiyanın bir çox məzunları bacarıqlı müəllim və məşqçi, elmi işçi, bədən tərbiyəsi hərəkatının təşkilatçısı kimi yetişmişdir. Onların hazırlanmasında A.Ağalarov, R. Baxşəliyev, İ.Dadaşov, Ə. Səfərov, Ə.Məmmədov, E.Kərimov, T.Abbasov, A.İsgəndərov, P. Kotsev, Ş.Şamxalov, Ə.Babayev, Z.Rzayeva, B.Batyaykin, M.Va-habov, B.Deykun, İ.Dyaçkov, N.Səadətxan, R. Talıbov, O.Ağa-yev, H.Ağayev, T.Bəhramov, C.Qurbanov, B. Nərimanov, M. Məmmədova və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır. 
Akademiya öz məzunları Olimpiya çempionları V.Mineyev, İ.Rıskal, V.Lantratova, L.Şubina, R.Şabanova, L.Savkina, B. Koretski, İ.Ponomaryov, İ. Məmmədov, N. Hüseynov, V.Belenki, Z. Mef-təhətdinova, N.Abdullayev, F.Mansurov, gümüş mükafatçılar R. Məmmədbəyov, Y.Konovalov, A.Kornelyuk, bürünc mükafatçılar A.İbrahimov, Z.Bortkeviç, E.Quseva, V.Ələkbərov, F.Aslanov, A.Məmmədov, İ.Aşumova, dünya çempionları X.İsayev, M.Allahverdi-yev, A.Niftullayev, C.Məmmədov, Z.Hüseynova, N.Paşayev, Ü.Abdullayev, A.Abdullayev, Avropa çempionları R. Hacıyev, T.Paşayev, İ.Umayev, Ş.Qasımov, R. Hüseynov, Ə. Əliyev, N.Eyvazov, N.Əlicanov, V.Rəhimov, SSRİ çempionları M.Babayev, P.Dadaşov, Ə. Məmmədov, R.İsmayılov, M.Novruzov, H. Məmmədbəyov, F.Qurbanov, X. Mədətov, S. Nəbiyev, X.Bağırov, E.Mürsəlov, M. Oruçov, SSRİ-nin Əməkdar məşqçiləri A.İsgəndərov, Ç. Şamilov, H.Cəfərov, İ.Cəfərov, Ə. Bağırov, F.Tahirov, N.Novikov və «Əməkdar bədən tərbiyəsi və idman xadimləri» Ş.Hüseynov, S. Hüseynov, Ə.Əliyev, Ə.Sadıqov, Ş.Orduxanov, K.Kəbirlinski, S.Qasımova, M.İsgəndərov, H.Qarayev, M.Səadətxan, F.Hüseynov, P.Həsənov, Ə.Quliyev, F.Rzayev, Y. Məmmədov, Ə.Məmmədov, M.Vahabov, T.Abbasov, Ü.Qasımova, R.Bədirzadə və b. èëÿ ùàãëû îëàðàã ôÿõð åäèð.
Təkcə onu demək kifayətdir ki, akademiyada son 10 il ərzində idmançılarımız beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanmışlar.
Az.DBTİA beynəlxalq universitetlərlə idman  əlaqələri yaratmış və bu əlaqələr günü-gündən genişlənməkdədir. Akademiyanın nəzdində 1500-ə qədər tamaşaçı tutan  1 stadion, 1 idman meydançası,1 üzgüçülük hovuzu, 1 güllə atıcılığı üçün nişangah, 7 idman zalı - boks, basketbol, voleybol, güləş, gimnastika, ağırlıqqaldırma, şərq döyüş növləri zalları   fəaliyyət göstərir.  
1993-cü ildən Az.DBTİA-da ilk dəfə olaraq bakalavriat səviyyəsində mütəxəssis hazırlığına başlandı. İlk bakalavr buraxılışı olduqdan sonra magistratura səviyyəsinə tələbə qəbulu aparıldı.  İndiyə kimi   bu təhsil ocağında 203 nəfər magistr hazırlanmışdır. 
2005-ci ildə Azərbaycan Bolonya təhsil prosesinə qoşuldu. 
       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə «Ali təhsilin bakalavriat pilləsi ixtisaslarının (proqramlarının) siyahısı» təsdiq olundu. Yeni siyahıya uyğun olaraq nazirliyin 5 avqust 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Dövlət Təhsil Standartlarının tələbləri gözlənilməklə kadr hazırlığı aparılan 2 ixtisasın tədris planları təsdiq edildi, bütün ixtisaslar üzrə tədrisdə kredit sisteminin tədbiqinə başlandı.
Fəaliyyət Planına müvafiq olaraq akademiyanın proqramı hazırlandı. Hazırda proqramın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
2008-ci ildən «Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi xəbərləri» jurnalı, 1998-ci ildən isə «İdmançı» qəzeti nəşr olunur.
  İdman akademiyasının  rəhbərliyinin gənclərə qayğısının nümunələrindən biri də 2004-cü ildə akademiyada yaradılmış «Heydər Əliyev Məktəbi»dir.  
Akademiyanın kitabxanasında 3 ixtisaslaşmış xidmət şöbəsi və 1 oxu zalı vardır. Bu oxu zallarından eyni vaxtda 70 nəfər istifadə edə bilir. Oxucular abonement və oxu zallarından əlavə kitablar fondundan, biblioqra-fiya və kitabxanalararası abonement şöbə və və bölmələrinin xidmətlərindən istifadə etmək imkanına malikdirlər.
23 dekabr 2015-ci ildə Ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınin rektoru təyin edilmişdir.
Akademiyanın yeni rektorun fəaliyyəti nəticəsində  qıssa müddətdə akademiyanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə dəyişilmiş, tədris yüksək səviyyədə təşkil olunmuş, tələbələrin dərsə dəvamiyyəti artmış, ən başlıcası isə rektorun  Daxili İntizam Qaydalarının təsdiq edilməsi haqqında 11 fevral 2016-cı il tarixli S-08 əmrinə əsasən  təlim-tərbiyə prosesinin səviyyəsi yüksəlmişdir.
Akademiyada maddi-texniki təchizat sahəsində ən müasir texnologiyalardan istifadəyə üstünlük verilir. Görülən hər bir işdə beynəlxalq standartlar prinsipi gözlənilmiş və bu standartlara cavab verən auditoriya və laboratoriyalar yaradılır. Akademiyada foye, iclas salonu, otaqlar əsaslı təmir edilir, müasir idman kompleksi və şahmat  otağı, idman müzeyi, yeməkxana, kitabxana kompleksi, yüksək informasiya texnologiyalarına əsaslanan laboratoriya və tədris kabinəsi, kompyüter və təchiz  olunmuş auditoriyalar yaradılır.
Son dövrlərdə baş verən bütün dəyişikliklərlə yanaşı, akademiya menecmentində keyfiyyətə nəzarətin müasir sistemlərinə də mühüm yer verilir. Burada başlıca məsələlərdən biri tələbələrin akademiyada idarəetmə proseslərinə cəlb olunur. Akademiyanın bütün strukturlarında tələbə kollektivinin iştirakı təmin edilir. Dərsə dəvamiyyətə nəzarət avtomatlaşdırılmış  nəzərət  sistemi  olan  işıqfor proqramı yaradılır, tələbələrlə xidmətin keyfiyyətini daha da artırmaq məqsədini daşıyan «Elektron dekanlıq» layihəsinin gerçəkləşdirməsinə başlanılmışdır. Hazırda tələbələr akademiyanın böyük Elmi şurasından tutmuş fakultələrin ictimai təşkilatları daxil olmaqla, bütün seçimli orqanlarda iştirak edirlər.