Kateqoriya: Elm və Təhsil
Növ: Təhsil
Əlaqəli şəxs: Muradov Rasim Sədrəddin oğlu
Vəzifə: Direktor
E-mail: idmanlitseyi@mail.ru
İndeks: AZ1092
Şəhər: Bakı

Respublika Olimpiya İdman Litseyi

Respublika Olimpiya İdman Litseyi keçmiş SSRİ dövründə Nazirlər Sovetinin müvafiq sərəncamı ilə ittifaq respublikaları arasında ilk dəfə olaraq məhz Azərbaycanda 1963-cü ildə təsis edilmişdir. Təsis edilən məktəb ilk illərdən Maarif Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. Sonradan Azərbaycan SSR Nazirlər Sovetinin 21 mart 1989-cu il tarixli 131 saylı qərarı ilə internat məktəb Respublika Olimpiya Ehtiyat Məktəbi adlandırılmaqla Azərbaycan SSR Maarif Nazirliyinin tabeçiliyindən çıxarılaraq bütün əmlakı ilə birlikdə Azərbaycan SSR İdman Komitəsinin balansına keçirilmişdir.
15 mart 2000-ci il tarixdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin müraciəti ilə məktəbin təmayülü üzrə statusunu genişləndirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 46 saylı qərarına əsasən internat məktəb Respublika Olimpiya İdman Litseyi adlandırılmışdır.
Keçmiş SSRİ dövründə litsey üçün fəaliyyət dairəsi və xüsusiyyəti nəzərə alınaraq elmi-tədqiqat institutlarının və idman mütəxəssislərinin rəyləri nəticəsində analoqu olmayan xüsusi tədris proqramı hazırlanmış və məktəbin fəaliyyəti tənzimlənmişdir. Məktəbin bütün problemləri -  büdcəsi, qida normativləri, yumşaq və bərk invertarlarla, idman avadanlıqları, tədris proqramları, dərslik və əyani vəsaitlərlə təchizatı və s. məsələlər mərkəzləşmiş qaydada SSRİ Nazirlər Sovetinin xüsusi sərəncamı və təlimatları ilə həll olunurdu.
MƏQSƏD və VƏZİFƏLƏR
Təmayülü üzrə xüsusi rejimə malik bu tipli qapalı tədris müəssisələrini yaratmaqda əsas məqsəd idman potensiallı yeniyetmə uşaqların bir yerə cəmləşdirilməsi, intensiv təlim-məşq prosesinə cəlb edilərək yetişdirilməsi və məktəbdə fəaliyyət göstərən idman növləri üzrə yığma komandaların ehtiyat qüvvəsinin yaradılması olmuşdur.
Litseydə idmanın  sərbəst güləş, yunan-Roma güləş növləri, cüdo, boks, futbol, idman gimnastikası bölmələri fəaliyyət göstərir.
Litseyin Qax rayonunda şöbəsi, Xaçmaz rayonu ərazisində yerləşən Nabran qəsəbəsinin dənizkənarı zonasında təlim-məşq bazası vardır.
Bü gün litseydə Azırbaycan yığma komandalarının məşqçiləri və aparıcı mütəxəssisləri, respublikanın əməkdar məşqçiləri V. Feyzullayev, Ə. Əliyev, N. Babayev, R. Tağıyev və onlarla təcrübəli məşqçi-müəllimlər müəllimlər çalışır.

Litseydə dərslər xüsusi ümumtəhsil proqramı əsasında aparılır. İdmançı-şagirdlər idman normativlərini ödəməklə litseyin V (beşinci) sinfinə, yığma komandaların üzvləri isə federasiyaların göndərişi ilə istisna hal kimi, litseyin digər siniflərinə qəbul olunurlar. Litseydə təhsil alan şagirdlərə gündə 2 dəfə  olmaqla təlim-məşqlər keçirilir.