E-müraciət

Nazirliyin elektron müraciət xidməti

Ad səhvdir!
E-mail səhvdir!
Telefon səhvdir!
Ünvan səhvdir!
Zəhmət olmasa müraciətinizi bura yazın!

Çingiz 2019 noyabr 19

Hörmətli cənab Nazir. Övladım Azadov Pərviz Çingiz oğlu ADBTİA-nın Bədən tərbiyəsi və İdman (futbol) fakultəsinin 2-ci kurs İON-158 a1 qrupunda ödənişli təhsil alır. Eyni zamanda Keşlə futbol klubunun əsas heyətində oynayır. Keşlə futbol komandasının (əsas heyət) məşqləri institutda tədris vaxtı (II növbə) ilə paralel düşdüyündən dərslərdə tam iştirak eləmək mümkün olmur. Gənc idmançıya təhsilində yarana biləcək problemlərin həllinə köməklik göstərməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm. Keçən il (19 yaşlılarda oynayarkən) etdiyim müraciətin müsbət həllinə qayğı ilə yanaşdığınıza görə Sizə, Nazirliyin digər əməkdaşlarına və təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. 14 oktyabr 2019 Azadov Çingiz Z. Tel: (050; 077) 342-05-01

Salam,

Sizin övladınız Azadov Çingiz Pərviz oğlu ilə bağlı Gənclər və İdman Nazirliyinə ünvanladığınız məktuba cavab olaraq bildiririk ki, qeyd etdiyiniz məsələyə AFFA-nın müraciəti əsasında baxıla bilər.

Əlibyov Həsən İlyas oğlu 2019 noyabr 19

Mənim qızım Əlibəyova Selcan Həsən qızı 2018-cidə Azərbaycan Dillər Universitetinin Böyük Britaniyaşünas ixtisasını bitirib.Hazırda həmin Universitetin Magistratura şöbəsində Beynalq Münasibətlər ixtisası üzrə təhsilini davam etdirir. Xahiş edirəm Gənclər və İdman Nazirliyində müvafiq işlə təmin edin. O ingilis, fransız dillərin və kompyuter proqramların çox mükəmməl bilir.

Salam!

Sizin işlə təmin olunmaq barədə ünvanladığınız məktuba Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Regionlarla iş və kadrlar şöbəsində baxılmışdır. 

Nəzərinizə çatdırırıq ki, Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda inzibati vəzifələrdə vakansiya yarandığı təqdirdə "Dövlət Qulluğu Haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən boş vəzifələrin tutulması üçün müsahibə elan edilir və bu elanda boş inzibati vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələb və şərtlər göstərilir. Yalnız müsahibədə qalib gələn namizədlərin dövlət qulluğuna işə qəbul edilməsi mümkündür.

Ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin internet saytından əldə edə bilərsiniz.

Sabuha Huseynova 2019 noyabr 18

Salam. Mən Hüseynova Səbuhə Rəfail qızı 25.02.1981 -ci ildə Bakı şəhərində anadan olmuşam. Ali təhsilimi 2000-2004-cü illərdə ABU-nin "Turizm və sosial mədəni servis" fakultəsində və ikinci Ali təhsilimi isə 2010-2014-cü illərdə Naxçıvan Dövlət Universtetinin "İqtisadiyyatın tənzimlənməsi" fakultəsin də almışam. 2004-cü ildə İstehsalat təcrübəmi Az.Turizm Baş İdarəsində "Resenziya" şöbəsində keçmuşəm. Daha sonr həmin ildə 5 il müddətində Consul Travel şirkətində "Tur menecer" vəzifəsində çalışmışam. 2008-ci ildə 1 il müddətində Az.KTETİ vəTİ-da "Ərzaq təhlükəsizliyi" şöbəsində "İqtisadçı" vəzifəsində çalışmışam. Hal-hazırda 2017-ci ildə Az.Təhsil İnstitutunda "Təhsil nəzəriyyəsi " şöbəsində Baş laborant vəzifəsində çalışıram. Rus, Türk,İngilis dillərini və kompyuterdə Mikrosoft Outlook, Excell, Muhasibat 1c, Word, Power Point proqramlarını bilirəm. Sizdən xahiş edirəm iş yerimi dəyişərək ixtisasımla əlaqəli Gənclər və İdman Nazirliyində işlə təmin olunmağıma mənə köməklik edəsiniz. Öncədən sizə təşəkkür edirəm.

Salam,

Sizin işlə təmin olunmaq barədə ünvanladıığınız məktuba Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Regionlarla iş və kadrlar şöbəsində baxılmışdır.

Nəzərinizə çatdırırıq ki, Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda inzibati vəzifələrdə vakansiya yarandığı təqdirdə “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən boş vəzifələrin tutlması üçün müsahibə elan edilir və bu elanda boş inzibati vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələb və şərtlər göstərilir. Yalnız müsahibədə qalib gələn namizədlərin dövlət qulluğuna işə qəbul edilməsi mümkündür.

Ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin internet saytından əldə edə bilərsiniz.